20 avqust 2014 13:00

Muntyanu Qəbələdə dava düşdüyü haqda xəbəri təkzib etdi

Rumıniya mətbuatı "Qəbələ"nin düşərgəsində dava düşdüyü barədə məlumat yayıb. Azerisport.az xəbər verir ki, bu komandanın Premyer Liqanın ilk turunda "İnter"ə 0:4 hesablı məğlubiyyətindən sonra paltardəyişmə otağında futbolçular arasında dava düşdüyü iddia olunur.

"Sportnews"un məlumatına görə, məhz bu oyundan sonra Kristian Pulhak komandadan ayrılaraq, vətəninə yollanıb. O, "Qəbələ" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Lakin müdafiəçi klubdan gedişinin konkret səbəbini açıqlamayıb. Əvəzində klubun düşərgəsində yaşanan dava haqqında eşitdiyini gizlətməyib.

Andrey Kristya isə rumıniyalı jurnalistlərə açıqlamasında sadəcə, bunları deməklə kifayətlənib: "Komandamızda yaxşı atmosfer var. Başqa heç nəyi müzakirə etmək istəmirəm".

Muntyanunun agenti Leonid İstratinin sözlərinə görə, son vaxtlar komandada sadəcə, bir münaqişə yaşanıb: "Hollandiya toplanışı zamanı braziliyalı futbolçulardan biri intizamı pozmuşdu. Nəticədə də Muntyanu həmin futbolçunu (söhbət məşqə içkili vəziyyətdə gələn Dododan gedir - red.) əvəzedici komandaya göndərdi. Ondan sonra hər şey qaydasındadı".

Muntyanu isə azerisport.az saytına açıqlamasında bu barədə yazılanları təkzib edib: "Mən heç bu barədə danışmazdım. Amma Azərbaycan mətbuatına hörmətim olduğuna görə, komandama yaxşı münasibət göstərdiyinizə görə, bunu şərh edəcəm. Bütün bunlar qəsdən ortaya atılan təxribat və yalandan başqa bir şey deyil. Paltardəyişmə otağımızda heç bir dava düşməyib. Komandamızda yaxşı atmosfer var. Bütün bunları nəzərə alsaq, Rumıniya mətbuatında yazılanları oxumaq heç də xoş deyil. Həmin oyundan sonra heç Pulhak paltardəyişmə otağında olmayıb".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.