19 avqust 2014 01:07
Yığmamız Sloveniya klubuna qalib gəldi
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Sloveniyanın “Triglav” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Oruc İsmayılov, Kazım Birkan və Xəyal Əmirlinin hərəyə bir qol vurduğu oyunda bir dəfə avtoqol qeydə alınıb. (AFFA)
