19 avqust 2014 12:50

Mövsümdə ilk, evdə 80-ci

Topaz Premyer Liqasının 2-ci turunda “Araz Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” uğursuz seriyaya son qoyub. Azerisport.az xəbər verir ki, son 4 oyunda qələbə qazana bilməyən “qırmızı-qaralar” mayın 17-də “Sumqayıt”la görüşdən sonra ilk dəfə qalib gəlib.

Komanda 3:1 hesablı qələbədən 92 gün sonra 3 xal əldə edib. Son 3 oyunda qol vurmadan uduzan “Qəbələ” 339 dəqiqəlik qolsuzluğa son qoyub. Mayın 22-də keçirilən Azərbaycan kubokunun finalından sonra (1:1) komanda 87 gün idi fərqlənmirdi. Bu qol və qələbə baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında ilklər olub.

Mövsümün ilk qələbəsi həm də yubiley xarakteri daşıyıb. “Qəbələ” tarixində 80-ci ev qələbəsini qazanıb. Bu da 157-ci görüşdə qeydə alınıb. Komanda Premyer Liqada 56, Azərbaycan kubokunda 11, I dəstədə 13 dəfə öz meydanında qalib gəlməyi bacarıb.

Daha bir ilkə Cavid Hüseynov imza atıb. Yarımmüdafiəçi “Qəbələ”də ilk qolunu vurub. O, qırmızı-qara formada qol vuran 87-ci oyunçudur. Hüseynov Premyer Liqada bunu bacaran klubun 66-cı futbolçu kimi tarixə düşüb. Hüseynov klub tarixində 45-ci penalti zərbəsini yerinə yetirib. Bunlardan 33-ü qolla nəticələnib.

Markinyos isə karyerasında ilk dəfə “Qəbələ” formasında rəsmi matça çıxıb. Bu oyunadək 177 futbolçu “qırmızı-qaralar”ın formasını geymişdisə, braziliyalı bu siyahıda 178-ci oldu. O, milliləşənlər də daxil olmaqla 84-cü legionerdir. Bu əcnəbilər 31 ölkəni təmsil edir. Markinyos klub tarixində 11-ci braziliyalı olub: Braziliya – 11, Gürcüstan - 9, Rusiya - 7, Serbiya, Ukrayna, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.

Ürfan Abbasov da bu matçda yubiley qeyd edib. “Qəbələ”də 70-ci rəsmi matçına çıxan müdafiəçi buna nail olan 10-cu futbolçu kimi tarixə düşüb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.