19 avqust 2014 00:56
Neftçi bu gün Serbiyaya yola düşür
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada "Partizan"ın qonağı olacaq "Neftçi" bu gün səfərə çıxacaq. Azerisport.az xəbər verir ki, komanda səhər saatlarında Bakı-İstanbul-Belqrad reysiylə səfərə yollanacaq.
"Neftçi" Serbiyada iki məşq keçməyi planlaşdırır.
Qeyd edək ki, "Partizan" - "Neftçi" görüşü sabah - avqustun 21-də keçiriləcək.
