19 avqust 2014 00:45
Vladimir Volkov Neftçi ilə cavab matçını da buraxa bilər
Serbiyanın "Partizan" klubunun müdafiəçisi Vladimir Volkov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı cavab matçını da buraxa bilər. Azerisport.az xəbər verir ki, hazırda zədəli olan futbolçunun qısa zamanda yaşıl meydanlara qayıdışı gözlənilmir.
Həkimlər belə hesab edir ki, o, ən tezi 10 günə sıraya dönə biləcək. Belə olan halda o, komandamızla hər iki görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Volkovu "Neftçi"ilə avqustun 21 və 28-də keçiriləcək oyunlarda Nikolay Qulanın əvəzləməsi gözlənilir.
