19 avqust 2014 12:30

Mircəlal Qasımov: Mahirlə Vaqifin oyunundan xoşum gəlib

Futbol üzrə Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov sabah Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında öncə bunları söyləyib:

- Bu, hazırlıq baxımından həm Azərbaycan, həm də bizim üçün çox faydalı oyundu. Komandanız AÇ-2016-nın seçmə mərhələsinə hazırlaşır, biz isə Asiya oyunlarına. Ehtiyat qüvvəmizi sınaqdan keçirməyə çalışacağıq.

- "Neftçi" və "Qarabağ"ın futbolçularının Azərbaycan yığmasına dəvət olunmaması sizin üçün üstünlükdü?
- Komandanızın öz planları var, bizim isə fərqli. Bilirəm ki, "Qarabağ"la "Neftçi"ni bu həftə Avropa Liqasında oyunlar gözləyir.

- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərini necə dəyərləndirərdiz?
- Düzünü desəm, Azərbaycan yığmasına qrupunda çox çətin olacaq. Kifayət qədər yaxşı komandaların cəmləşdiyi qrupdu.

- Azərbaycanlı futbolçulardan kimlərləsə tanışsız?
- Bəli, Nazim Süleymanovla, Arif Əsədovla birgə oynamışam. Nazim sadəcə, möhtəşəm oyunçu idi. Azərbaycanlılar həmişə seçiliblər.

- Azərbaycan yığmasını Asiyadakı rəqiblərinizdən kiminləsə müqayisə edə bilərsiz?
- Belə bir müqayisə aparmaq çətindi. Komandanızın ABŞ-la yoxlama oyununa baxmışam. "4" və "7" nömrələrin (Mahir Şükürovla Vaqif Cavadovu nəzərdə tutur - red.) çıxışından xoşum gəlib.

- Nəticə sizin üçün önəmlidi?
- Nəticə həmişə önəmlidi.

- Ehtiyat qüvvəni sınayacaqsız, yoxsa əsas heyəti meydana buraxacaqsız?
- 20 futbolçu gətirmişəm. Hamısı hazırdı. Əsas heyətimiz bəllidi. Bütün futbolçuları sınamaq istəyirəm. Bizim hələ İordaniya və Yeni Zelandiya ilə də oyunlarımız var.

- Bahodir Nasimov niyə heyətdə yoxdu?
- Biz Asiya oyunlarına hazırlaşırıq. Bahodirin isə oyun təcrübəsi yoxdu. Onun hazırda heç klubu da yoxdu. İndi bizimlə olmasa da, yığmanın futbolçusudu.

- Azərbaycan Asiyada çıxış etsəydi, nəyə ümid edə bilərdi?
- Yaxşı təsir bağışlayardı. Prinsipcə, gördüyüm oyunlarına görə, bu komanda yüksək yerlər uğrunda mübarizə apara bilərdi. Sentyabrda seçmə mərhələ oyunlarınız başlayacaq. Həmin oyunlarda sizə uğurlar arzulayıram. Ümid edirəm ki, komandanız final mərhələsinə vəsiqə qazanar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.