19 avqust 2014 00:34
Tvente Qarabağ ilə oyun öncəsi daha bir hücumçu aldı
Hollandiyanın "Tvente" klubu daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan bu klub Hakim Zieha ilə müqavilə bağlayıb.
21 yaşlı hücumçu ilə 4 illik müqaviləyə imza atılıb. Onun avqustun 21-də keçiriləcək ilk oyun üçün UEFA-ya sifariş edilməsi gözlənilir.
