19 avqust 2014 12:01
Tventenin yeni hücumçusu: Qarabağı keçəcək gücdəyik
Hollandiyanın "Tvente" klubunun yeni hücumçusu Ziex Hakim bu keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan komandanın yeni transferi bunları söyləyib:
"Komandanın baş məşqçisi Alfred Şröderlə söhbətimiz məni sevindirdi. O, məni əsas heyət oyunçusu kimi görür. Əminəm ki, biz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazana biləcəyik. Bu, hazırda bizim əsas hədəfimizdi".
