19 avqust 2014 00:01
Ristoviç: Artıq Qəbələ ilə oyunu düşünməliyik
"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviç Topaz Premyer Liqasının 2-ci turunda "Neftçi"yə uduzduqları (0:1) oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz meydana uğurlu nəticə qazanmaq üçün çıxmışdıq. Fikrimcə, maraqlı oyun oldu. 2-3 qol vəziyyəti yaratdıq. Təəssüf ki, onları qola çevirə bilmədik. "Qəbələ" ilə növbəti oyunu düşünmək lazımdı. Əksər legionerlərin komandadan getməsinə gəlincə, bu, onların qərarıdı. Müqavilələrinin müddəti başa çatmışdı, buna görə də komandadan ayrıldılar".
