19 avqust 2014 11:45
Topaz Qarabağla Neftçiyə güvənmir
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan təmsilçilərinin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” həm səfərdə oynayacaq "Neftçi"nin, həm də Bakıda meydana çıxacaq "Qarabağ"ın şansının az olduğu qənaətindədi.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
21:00. Qarabağ - Tvente (3.50 – 3.40 – 1.75)
23:15. Partizan - Neftçi (1.65 – 3.50 – 3.90)
