19 avqust 2014 11:12

Emin Nuri: Mənim Türkiyə klublarından birinə keçidim mümkün idi

Futbol üzrə Azərbaycan yığmasının və İsveçin "Kalmar" klubunun müdafiəçisi Emin Nurinin azerisport.az saytına müsahibəsi

- Özbəkistanla oyundan nə gözləyirsiz?
- Hazırlıq üçün çox az vaxtımız var. Ona görə də maksimum güclə çalışırıq ki, yaxşı oyun göstərə bilək.

- Azərbaycanla qohumluq bağlarınız var?
- Xeyr, Azərbaycan ilə heç bir bağlılığım yoxdu. Mən Türkiyədənəm. Amma bu iki ölkə qardaş dövlətlərdi. Mənim üçün də bu komandanın şərəfini qorumaq xoşdu.

- Azərbaycan yığmasından təklifi necə qarşıladız?
- Çox sevindim. Şadam ki, Azərbaycanı AÇ-2016-nın seçmə mərhələsində təmsil edə biləcəm. Komandaya faydalı olmaq üçün əlimdən gələni edəcəm.

- "Kalmar"da çıxış edən "Neftçi"nin sabiq forvardı Melvin Platye özünü orada necə hiss edir?
- O, bizim komandada cəmi dörd ay oldu. İki həftə əvvəl isə bizdən ayrıldı. Çox yaxşı oyunçudu. Amma bizimlə oyunu alınmadı. Deyəsən, Hollandiyaya qayıdıb.

- Nə vaxtsa Türkiyənin böyük klublarında oynamağı arzuladığınızı demişdiz. Bu hədəfiniz dəyişməyib?
- Bəli, bunu demişdim. Bu ilin əvvəlində də belə şansım var idi, amma müqavilə imzalaya bilmədim. Yaxşı təklif olmadı.

- Yığmada sağ cinahda Mahir Şükürovla rəqabət aparmalı olacaqsız. Çətin olmayacaq?
- Əsas heyətə düşməyə çalışacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.