19 avqust 2014 19:00

Baçana Sxadadze: İndiki çıxışımızı uğurlu hesab etmək olar

“İnter”in futbolçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, gürcüstanlı hücumçu Topaz Premyer Liqasının 2-ci turunun “Qarabağ”la oyunu barədə danışıb və mövsümün startı barədə fikirlərini bölüşüb.

- “Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur...
- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qaynayan Günəş şüaları altında oynamaq çətindi. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.

- “İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədi. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsiz?
- Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədi. Əsas xal toplamağı davam etdirməkdi, axı mövsümün sonunda hər xal qızıl ola bilər.

- “İnter” kifayət qədər çox qol vurur, halbuki komandada yeganə nominal hücumçu sizsiz. Fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?
- Bu suala cavab vermək mənim səlahiyyətimə uyğun deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdı.

- Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsüz?
- Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdı. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. Onların “Xəzər Lənkəran”la oyunları göstərdi ki, “Sumqayıt” asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.

- Növbəti ayda AÇ-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsiz?
- Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacam. Bunun üçün mənə “İnter”ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdı. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.