19 avqust 2014 18:45
Foqts Allahverdiyevə söz atdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Elnur Allahverdiyevin Rusiya və Bolqarıstan yığmalarının oxşar oyun sərgilədiyi barədə fikirlərinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən heç onun bu qədər peşəkar futbolçu olduğunu bilmirdim. Hətta komandalar arasındakı fərqi də görə bilir. Biz Bolqarıstanı yaxşı analiz etmişik. Onlar bizi təəccübləndirə bilməyəcəklər".
