19 avqust 2014 17:20

Dmitri Nazarov: Millinin uğur qazanması üçün əlimdən gələni edəcəm

Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Karlsrue" klubunun hücumçusu Dmitri Nazarovun azerisport.az saytına müsahibəsi

- Özünüzü necə hiss edirsiz?
- Yaxşıyam, formadayam. Yüz faiz hazıram.
 
- Havaların isti olması sizə mane olmur?
- Havanın isti olması hiss olunur. Hazırda Almaniyada hava soyuqdu. Bir-iki günə adaptasiya olacam. Heç bir problem yoxdu.
 
- Millidə ilk sizi təəccübləndirən nə oldu?
- Alman dilli futbolçular burada çoxdu. Bunun da mənə böyük köməkliyi olacaq.
 
- Azərbaycanla bağlılığınız nədi?
- Mənim babam Azərbaycandandı. Təəssüflər olsun ki, o, indi yaşamır.
 
- Azərbaycan dilində hansısa bir kəlmə bilirsiz?
- Təəssüflər olsun ki, bilmirəm.
 
- Babanız Azərbaycanın hansı bölgəsindən olub?
- Bunu deyə bilmərəm.
 
- Babanız haqda maraqlanmamısız?
- Bu barədə nənəmlə söhbət etmişəm. Ancaq Azərbaycanın hansı bölgəsindən olduğu dəqiq yadımda deyil.
 
- Azərbaycanda milliləşdirilmiş futbolçular elə də xoş qarşılanmır. Bu, sizi narahat etmir ki?
- Bu ölkəyə bağlılığım var. Təklif də gəlib. Milli komandanın uğur qazanması üçün əlimdən gələni edəcəm. Mənim üçün vacib olan budu.
 
- Sizinlə yenidən Qazaxıstan Futbol Federasiyasından əlaqə saxlayan olub?
- Bu, keçmişdə də olub. Yenə də çalışırlar ki, mən Qazaxıstan millisində çıxış edim. Ancaq mən artıq qərarımı qəbul etmişəm. Mənim özüm də, valideynlərim də Qazaxıstanda doğulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.