19 avqust 2014 16:25

Cavid Hüseynov: Penalti zərbələrim həmişə dəqiq olub

Topaz Premyer Liqasının 2-ci turunda - "Qəbələ" - "Araz Naxçıvan" matçında yeganə qola imza ataraq komandasına mövsümün ilk qələbəsini qazandıran Cavid Hüseynov klub karyerasında da ilklə yadda qalıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi “Qəbələ”də qol hesabını açıb. O, qırmızı-qara formada fərqlənən 87-ci oyunçu kimi tarixə düşüb.

Matçın ardından təəssüratlarını klub saytı ilə bölüşən futbolçu qol vurduğuna görə sevindiyini bildirib. Cavid penaltinin niyə məhz ona həvalə olunmasına da aydınlıq gətirib:

“Qəbələ”də qol hesabımı açdığıma görə çox sevinirəm. Hər halda, bu, eyni zamanda komandamızın cari mövsümdə ilk qolu və bu qolla gələn ilk qələbəsi idi. Çempionatda startımız uğursuz olduğundan, bizə bu 3 xal vacib idi. İlk ev oyunumuzda azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik. Penaltini yerinə yetirmək mənə həvalə olunmuşdu. 11 metrlik cərimə zərbələrimi dəqiq vurmaqda özümə güvənirəm. Bunu baş məşqçimizə söylədim. O da mənə dedi ki, inamın varsa, zərbəni vurarsan. Sevinirəm ki, etimadı doğrultdum. Mənim üçün penaltini qola çevirmək problem deyil. Təsadüfi deyil ki, 11 metrlik zərbələrim həmişə dəqiq olub".

Çempionatın növbəti turu - "Bakı" - "Qəbələ" matçı haqda fikirlərini açıqlayan yarımmüdafiəçi keçmiş komandasının hazırkı durumunu dəyərləndirib. O, meydana yalnız qələbə üçün çıxacaqlarını da sözlərinə əlavə edib:

"Növbəti turda keçmiş komandam "Bakı" ilə qarşılaşacağıq. "Bakı" həmişə iddialı komandalar sırasında olub. Bu mövsüm müəyyən çətinliklər yaşadılar. Amma inanıram ki, bu problemləri arxada qoyub yenidən güclü kollektiv formalaşdıracaqlar. "Qəbələ"nin bu matçda yeganə hədəfi var: qələbə qazanmaq. İnanıram ki, istəyimizi nail olub məqsədimizə doğru addım atacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.