19 avqust 2014 15:20

Qarabağın oyununa 10 min bilet satılıb: qara bazar da öz işindədi

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" görüşünə bilet satışı sürətlə davam edir. Son məlumatlara görə 10 000-ə yaxın bilet satılıb.

Amma bu dəfə də "qara bazar" öz işini görür. Azərisport.az xəbər verir ki, "Qarabağ" klubu məsələylə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət etsə də, qanunsuz bilet satışının qarşısını almaq mümkün olmayıb. Polis idarəsi tərəfindən kassalara nəzarət edilsə də, bu problemin qarşısını almayıb. Müşahidələrimiz zamanı 16-17-ci sektorlarla biletlərin satışda olmadığı üzə çıxdı. Kassadan bununla bağlı məlumatsız olduqları söylənildi.

Əldə etdiyimiz məlumata görə, mərkəzi sektorlara biletlər yalnız sabah satışa buraxılacaq.

Maraqlıdı ki, kassalara yaxınlaşmaqla rahat şəkildə istədiyin qədər bilet almaq olur. Bu isə "qara bazar"da işləyənlərin istəyinə uyğundu. Oyundan əvvəl çoxlu sayda bilet alan bir qrup insan matç günü onları dəyərindən baha satırlar.

Namiq Məmmədov adlı azarkeş saytımıza problem haqda bunları dedi: "Biz hər zaman klublarımızın avrokuboklardakı oyununa dostlarla birgə gəlirik. "Zalsburq"la oyuna bileti gec aldıq. Ona görə də 2 manatlıq biletlərə 10 manat ödəməli olduq. Bu dəfə həmin problem olmaması üçün bazar günü kassaya yollandıq. 7 bilet aldım. Bilirəm ki, "qara bazar"ın qarşısını kəsmək mümkün deyil. Bütün dünyada bu var. Ona görə də biletləri vaxtında almaq vacibdi".

Tofiq Bəhramov adına stadionda olduğumuz zaman kassalarda növbə olduğunu gördük. Maraqlıdı ki, səhər saatlarında gələn orta yaşlı kişilər 10-15 bilet almaqla diqqəti cəlb edirdi. Bu əlbəttə ki, onların sonrada biletləri "qara bazar"da satışa çıxaracağına dair şübhələr yaradır. Yaxınlaşıb soruşduqda "bilet almaq olmaz məgər. Nə qədər istəyirik, alırıq" cavab verməklə kifayətləndi.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları bildirdi ki, avqustun 21-də "Qarabağ" - "Tvente" oyunu zamanı stadion ətrafında nəzarət daha da gücləndiriləcək. "Qara bazar"da bilet satışına imkan verilməyəcək. Biletlər yalnız kassalarda olmalıdı. Ona görə matç günü azarkeşlərə bilet təklif edənlər məsuliyyətə cəlb olunacaq.

Xatırladaq ki, "qara bazar" "Qarabağ" - "Zalsburq" görüşündə də özünü göstərmişdi. Mərkəzi sektorlara yüzlərlə bilet əvvəlcədən kassadan alınaraq oyun günü satışa çıxarılmışdı. Nəticədə oyun günü həmin biletlər dəyərindən 2-3 dəfə baha satıldı. Bu haldan narazı olan azarkeşlər də məcbur olub həmin biletləri alırdı. Çünki, "Qarabağ"ın oyununa stadiondan baxmaq istəyirdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.