19 avqust 2014 14:15

"Tventenin Qarabağ ilə oyunlarda şansı qalmayacaq"

Topaz Premyer Liqasının sonuncu qalibi “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında oynamaq hüququ qazandı. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə üz-üzə gələcək.

Enshede təmsilçisi “Qarabağ” üçün tanış rəqibdi. “Qarabağ” 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynayıb və iki oyunun nəticəsinə görə uduzub. Evdə qolsuz heç-heçəyə nail olan “Qarabağ” səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı olaraq, həmin il “Tvente”yə qarşı oynamış bir neçə futbolçu ilə əlaqə saxlayıb avqustun 21-də reallaşacaq matç öncəsi fikirlərini aldıq.

“Qarabağ” istənilən komandaya qol vura bilər”

Ayxan Abbasov (“Qarabağ”ın sabiq üzvü, hazırda klubun U-17 komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı. İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür.  “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidir. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan  problemi yoxdur. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdır”.

“O vaxt əsas heyətdə 1 legioner oynamışdı”

Zaur Həşimov (“Qarabağ”ın sabiq müdafiəçisi, klubun U-19  komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm  ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”.

“Biz “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu Avropaya bir daha sübut edəcəyik” 

Aslan Kərimov (“Qarabağ”ın sabiq kapitanı, milli komandamızın məşqçisi): “Sözsüz, 2009-cu ildəki “Tvente” çox güclü idi. Komandanın tərkibində çox yaxşı oyunçular vardı. Həmin vaxt “Tvente” geniş heyətə və böyük iddiaya malik idi. Bizim komandamız isə indiki ilə müqayisədə nisbətən zəif və təcrübəsiz görünürdü. “Qarabağ”ın indiki kollektivi güclüdür. Amma bu məqam “Qarabağ”ın asan mərhələ keçəcəyi anlamına gəlmir. “Tvente”nin orta yaş həddi 21 olsa da, Hollandiya futbolunun təmsilçisi olması  artıq bütün suallara cavabdır. “Qarabağ”ı çox çətin oyunun gözlədiyi dəqiqdir. Bütün bunların fonunda əminəm ki, oturuşmuş heyətə və hücumda bir birini yaxşı başa düşən oyunçulara malik “Qarabağ” qrup mərhələsinə düşəcək. Biz Avropaya “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha göstərəcəyik”.

Vüqar Nadirov (5 il öncə olduğu kimi yenə də heyətdə olan futbolçu): “Qarabağ” “Tvente” ilə 2009-cu ildəki oyunlarda çox istəkli idi.  Amma həmin vaxt heyətimiz təcrübəsiz idi. O vaxt  yaxşı oynasaq da, mərhələ keçə bilmədik. Səfər oyununda qol vurmuşdum. Bu dəfə də eyni işi görmək istəyirəm. Lakin əsas məsələ komandamızın uğur qazanmasıdır və bunun üçün çalışacağıq”.

Elvin  Məmmədov (“Qarabağ”ın sabiq,  “İnter”in  hazırkı üzvü): “Açığı, indiki “Tvente” barədə məlumatım yoxdur. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı. İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidir. Bu məqamları nəzərə almaq lazımdır.

“Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də  komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.