Samir Abasova 5, Dodoya 3 oyunluq cəza!
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə çempionatının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Xəzər Lənkəran” – “Sumqayıt” matçının 79-cu dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 2500 manat cərimə olunub.
“Simurq” – AZAL matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Araz Naxçıvan” matçının 90+1-ci dəqiqəsində “Qəbələ”nini futbolçusu Dodo rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
