19 avqust 2014 13:45
AFFA Orxan Sadıqlıya bir oyunluq cəza verdi
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Xəzər Lənkəran” – “Sumqayıt” matçının 38-ci dəqiqəsində “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
