19 avqust 2014 13:35
Neftçi Serbiyada qırmızı rəngli formada oynaya bilər
"Neftçi" Avropa Liqasının pley-off matçında Serbiyada "Partizan"la oyuna qırmızı rəngli formada çıxa bilər. Azerisport.az xəbər verir ki, "Partizan" ağ-qara rəngli formada oynadığı üçün Azərbaycan Kubokunun sahibi ehtiyat formadan istifadə etməli olacaq.
Qırmızı rəngli forma isə "Partizan"ın əzəli rəqibi "Srvena Zvezda"nın geyiminə bənzəyir.
Qeyd edək ki, oyun avqustun 21-də keçiriləcək.
