19 avqust 2014 13:25

Subaşiç: Futbolu bədənim mənə xəyanət edəndə buraxacam

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü, hazırda Türkiyənin "Manisaspor" klubunda çıxış edən Branimir Subaşiç yerli mətbuata müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- “Manisaspor”a keçidiniz necə alındı? Niyə bu klubu seçdiz?
- “Manisaspor”la bağlı Peroviç və Mikiçdən məlumat aldım. Təbii ki, “Orduspor”da oynayarkən Manisaya gəlib, oyun keçirirdik. Bu səbəbdən də buradakı ab-havanı, insanları, klub qruluşunu çox bəyəndim. Mənə təklif gəldi və məndə olan məlumatları dəyərləndirib, qərar verdim.

- Sizi “Bucaspor” da istəyirdi. Hətta onlarla anlaşdığın deyilir. Həmin vaxt nə baş verdi? Ümumiyyətlə, “Bucaspor”dan başqa klubdan da təklif almışdız?
- Məni istəyən sadəcə, “Bucaspor” deyildi. Həmin vaxt bir çox klubdan təklif aldım. “Bucaspor” da bunlardan biri idi. Onların təklifini götür-qoy etdim və burada həm yaşamaq üçün yer, həm də maliyyə məsələlərinin rolu oldu. Düşünürəm ki, ailəmlə yaşaya biləcəyim şəhərə gəlmişəm.

- Yeni komandanıza uyğunlaşa bilirsiz?
- Gənc oyunçu deyiləm. Təcrübəli olduğum üçün uyğunlaşmağım çətin olmadı. Bu dönəmdə hobbilərimizi həyata keçirə bilmirik. Həmişə məşqlərdə oluruq. Geyin-soyun dönəmindəyik.

- Pisixoloji və fiziki cəhətdən yeni mövsümə nə dərəcədə hazırsız?
- Pisixoloji baxımdan çempionata hazıram. Fiziki olaraq isə təbii ki, daha yaxşısına nail ola bilərəm. Elə toplanışlarımızın da məqsədi budu. Yeni mövsümə fiziki olaraq daha hazır başlamaq üçün çalışıram.

- Hazırda komandanın ən yaşlısı sizsiz. Çox gənc komandaya gəldiz. Komanda yoldaşlarınıza böyük qardaşlıq edə biləcəksiz?
- Futbolda vaxt çox tez keçir. Hər getdiyim komandada gənc biri olaraq yada düşürdüm. İndi komandama böyük qardaşlıq məsələsini deyil, vaxtın nə tez keçdiyi ilə bağlı düşünürəm. Komandamızdakı gənclər böyüklərə çox hörmət edirlər. Potensialı olan oyunçulara sahibik.

- Peroviç “Manisaspor”da 10 matça 19 qol vurdu. Azarkeşlər hələ də onu xatırlayırlar. Onun yerini doldura biləcəksiniz?
- Əslində mən Peroviçi azarkeşlərin qəlbindən çıxarmaq istəmərəm. Pepoviç çox yaxşı futbolçudu. Çalışacağım ki, əlimdən gələnin ən yaxşısını edim. Eqoist futbolçu deyiləm. Forvardam. Təbii ki, hamı məndən qol gözləyir. Çalışacam ki, bunu da edim. Peroviçlə tez-tez əlaqə saxlayırıq. O, da buraya gəlməyi çox istəyir.

- “Manisaspor”la iki illik müqavilə bağladız. Anlaşmanız başa çatanda 34 yaşında olacaqsız…
- Karyeram çox tez keçdi. Açığı, bu məni qorxudur. Futbolu buraxmaq istəmirəm. İmkanım çatdığı qədər oynamaq istəyirəm. Bədənim mənə xəyanət edəndə futbolu buraxacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.