18 avqust 2014 12:45
Rəvan Şuşadan güclü oldu
"Rəvan” gücünü yoxlama matçlarında sınamaqda davam edir. Azerisport.az xəbər verir ki, növbəti mövsümə hazırlaşan "aslanlar” daha bir görüş keçiriblər. Paytaxt klubu yay təlim-məşq toplanışı dönəmində ikinci dəfə "Şuşa” ilə qarşılaşıb.
İyulun 16-da baş tutan ilk dueldə rəqibinə bir cavabsız qolla uduzan "Rəvan” həmin yenilginin əvəzini çıxıb. "Aslanlar” "Dalğa Arena”da reallaşan oyunda "Şuşa”nı 2:1 hesabı ilə üstələyiblər. Komandanın qollarını Aslan Hüseynovla Elgün Abbaslı vurub.
Qeyd edək ki, "Rəvan” növbəti yoxlama oyununu avqustun 21-də "Ağsu” klubuna qarşı keçirəcək. (klub saytı)
