18 avqust 2014 12:30
Neftçinin rəqibi ciddi itki ilə üzləşdi
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Serbiya "Partizan"ı ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, müdafiəçi Vladimir Volkov Serbiya çempionatının son turunda "Radniçki"yə qarşı oyunda zədələnib.
O, 40-cı dəqiqədə aldığı ciddi zədə səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb. Bu üzdən Volkovun Avroliqa matçında meydana çıxması sual altındadı.
