18 avqust 2014 11:34

Mahir Şükürov: Rusiya bizdən qisas almağa çalışacaq

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi

- Özbəkistanla yoxlama oyununa hazırlıq necə gedir?
- Bu, seçmə mərhələ öncəsi bizim üçün vacib oyundu. Komandamızın aparıcı futbolçuları olmadan oynayacağıq. Gənclərə üstünlük verəcəyik. Buna baxmayaraq, qələbəyə oynayacağıq. Maksimum gücümüzü qoymalıyıq ki, müsbət nəticə qazanaq.

- Türkiyədəki işləriniz necə gedir?
- Daha məsuliyyətli olmuşam. Öz üzərimdə çalışıram. Fikrimcə, bunun bəhrəsini yığmamızın oyununda görə biləcəksiz.

- "Karşıyaka"da əsas heyətə düşməklə bağlı problem olmayacaq?
- Problem olacağını düşünmürəm. Mən ora ehtiyatda oturmaq üçün yox, oynamağa getmişəm. Baş məşqçinin güvəndiyi futbolçulardanam. Çalışacam ki, əsas heyətə layiq olduğumu hər oyunda göstərə bilim.

- Klubda yığmaya dəvət olunmağınızı necə qarşıladılar?
- Buna sevindilər. Hər bir klub öz futbolçusunun yığmaya dəvət olunmasına sevinir. Baxmayaraq ki, avqustun 19-da bizim yoxlama oyunumuz var idi və həmin matçda meydana çıxmağım yaxşı olardı. Çünki hələ "Karşıyaka"ya tam uyğunlaşmamışam. Buna baxmayaraq, yığmaya gəlişimə icazə verdiklərinə görə, onlara da təşəkkürümü bildirirəm.

- Seçmə mərhələ çərçivəsində Bolqarıstanla ilk oyun öncəsi sizi Moskvada Rusiya ilə sınaq matçı da gözləyir...
- Avqustun 31-də Türkiyə çempionatı start götürəcək. Ondan sonra iki həftə fasilə olmalıdı. Fikrimcə, yığmaya gəlişimdə problem olmayacaq. Rusiya ilə oyun maraqlı olacaq. Bu iki komanda arasındakı oyunlar həmişə maraqlı keçir. Fikrimcə, ruslar son ev oyunumuzda qeydə alınan 1:1 hesablı heç-heçənin revanşını almağa çalışacaq. Yaxşı sınaqçı-rəqibdi. Bolqarıstanla oyuna daha yaxşı hazırlaşmağımıza xeyri olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.