18 avqust 2014 11:12
Özbəkistan yığmasının da mətbuat konfransı və açıq məşqi olacaq
Avqustun 19-da, saat 12:00-da, “Kempinski Badamdar” otelin "Violet" zalında Özbəkistan milli komandasının mətbuat konfransı baş tutacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda o da bildirilir ki, həmin gün saat 19:00-da isə "Bakcell Arena"da qonaq komandanın mətbuat üçün açıq məşqi keçiriləcək.
