18 avqust 2014 11:01
Foqts jurnalistlərin suallarını cavablayacaq
Avqustun 19-da, saat 17:30-da, “Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında Azərbaycan milli komandasının mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 16:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək.
Həmin avtomobil jurnalistləri “Sheraton Baku Airport Hotel”dən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna - milli komandanın məşqinə aparacaq.
