18 avqust 2014 20:05
Emin Nuri: Azərbaycan ilə qohumluq əlaqələrim yoxdu
İsveçin "Kalmar" klubunun futbolçusu Emin Nuri Azərbaycan yığmasına dəvət olunmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Foqtsun köməkçisi mənim oyunumu izləmişdi. Ondan sonra məni yığmaya dəvət etdilər. Azərbaycan köklərimə gəlincə, mənim buradan konkret qohumum yoxdu. Özüm türkəm. Amma istənilən halda Azərbaycan yığmasının formasını geyinmək mənim üçün şərəfdi".
