18 avqust 2014 18:30
İnterin ən yaxşısı Meza Kolli oldu
“İnStat Football” şirkəti “İnter” futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunun “Qarabağ” - “İnter” (0:0) oyununda bu komandanın futbolçuları 109,9 kilometr məsafə qət ediblər.
Bu matçda "bankirlər"in heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
1. Derlis Meza Kolli - 11531 m.
2. Mikel Alvaro - 11053 m.
3. Məhəmməd Mirzəbəyov - 10757 m.
4. Abdulla Abatsiyev - 10510 m.
5. Yohan Bokonyano - 9646 m.
