18 avqust 2014 17:40
Aleksandr Çertoqanov: Bunda bəxt amilinin də rolu var
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasında lider olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Buna görə eyforiyaya qapılmağa dəyməz. Hələ ki, komandanın oyunu bizi sevindirmir. Bunun da öz səbəbləri var. Yeni heyətimiz var. Oyunçular arasında anlaşma səviyyəsi istənilən kimi deyil. Özümüz də anlayırıq ki, iki turdan sonra lider olmağımız oyunumuza görə deyil, sadəcə, bəxtimiz gətirib. Liderlər qrupunda qalmaq üçün daha çox çalışmağımız lazımdı".
Qeyd edək ki, "Sumqayıt" ilk turda "Qarabağ"a 0:3 hesabıyla qalib gəlsə də, Ağdam klubuna limiti pozduğuna görə texniki məğlubiyyət verilmişdi. "Xəzər Lənkəran"la səfər oyununda isə bu komanda 1:0 hesabıyla qalib gəlib.
