18 avqust 2014 17:15
Konte sabah rəsmən təqdim olunacaq
Futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisi Antonio Konte sabah rəsmən ictimaiyyətə təqdim olunacaq. Azerisport.az xəbər verir ki, tərəflər arasında 2016-cı ilin 31 iyul tarixinədək müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, Konte buna qədər "Yuventus"u çalışdırırdı. O, bu komanda ilə üç dəfə İtaliya çempionu olub.
45 yaşlı mütəxəssis İtaliya yığmasında DÇ-2014-dəki uğursuz çıxışdan sonra istefa vermiş Çezare Prandellini əvəzləyib.
Xatırladaq ki, İtaliya yığması AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisiinin rəqibidi.
