18 avqust 2014 15:50
Marko Nikoliç: Neftçi ilə oyuna sakit hazırlaşa bilərik
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç bəyan edib ki, onun komandası Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyuna sakit hazırlaşa biləcəyini qeyd edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Biz yeni mövsümə uğurla başlamaq üçün əlimizdən gələni etdik və startda 6 xal qazandıq. Özü də iki oyuna yeddi qol vurduq. Artıq sakitcə "Neftçi" ilə oyuna köklənə, normal hazırlaşa bilərik".
