18 avqust 2014 15:20

Oğuz Çətin: Çempionatda hər bir komandanı üstələyə bilərik

“Xəzər Lənkəran” Topaz  Premyer Liqasının ikinci turunda ilk ev oyununa çıxdı. Azerisport.az xəbər verir ki, Oğuz Çətinin başçılıq etdiyi komanda azarkeşləri önündə “Sumqayıt”a 0:1 hesabı ilə uduzdu. Oyundan sonra Peşəkar Futbol Liqasının əməkdaşının suallarını cavablandıran baş məşqçi Oğuz Çətin bir sıra məqamlara toxunub.

"Məqsədimiz yaxşı komanda olduğumuzu azarkeşlərə göstərmək idi"

“Cari mövsümdə doğma meydançamızda ilk oyunumuza çıxdıq. Məqsədimiz yaxşı bir kollektiv olduğumuzu azarkeşlərə göstərmək idi. Bir həqiqət var ki, biz çox yaxşı komandayıq. Amma ilk iki matçda böyük şanssızlıqlar yaşayırıq. Bütün bunların fonunda qarşıdakı oyunlarla bağlı hər hansı bir həyəcanımız yoxdu. Futbolda belə bir anlayış var ki, ani bir səhv oyunun taleyini həll edir. “Sumqayıt”la oyunda da səhvə yol verdik. Bütün bunlara baxmayaraq, biz qalan vaxt ərzində oyunu çevirmək üçün çox çalışdıq.  Lakin bunu bacara bilmədik. Son 2 həftədə 5 xal itirdik. Nəticə qənaətbəxş olmasa da, çox yaxşı oynadığımızı düşünürəm. Ona görə də qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağıq. “Simurq”la oyunda 3 xalı aktivimizə yazmalıyıq”.

“Problemin ötən ildəki kimi olduğunu demək olmaz”

“Komanda olaraq, çox sayda qol epizodları yaradırıq. Bu, çox önəmli bir məqamdı.  Amma qol vurmaq daha önəmlidi. Ötən ildəki problemlə indiki problem eyni deyil. İndi bizim komandamız topla çox yaxşı davranır, topu özündə daha çox saxlayır. Ən böyük problemimiz qol vura bilməməyimizdi. Futbolçularımın lazım olan yerlərdə daha dəqiq oynaması lazımdı. Ümid edirəm ki, onlar bunu bacaracaqlar”.

“Orxan Sadıqlı bu ölkə üçün önəmli bir dəyərdi"

“Biz qapıçı axtarışlarını yekunlaşdırmışıq. Yaxın günlərdə düşərgəyə yeni qapıçı cəlb olunacaq. İndiki məqamda onun kimliyi barədə geniş məlumat vermək istəmirəm. Orxan Sadıqlının səhvlərinə gəldikdə isə deməliyəm ki, gənc qapıçı startda iki şanssız oyun keçirdi. Amma  unutmayaq ki, Orxan inkişaf etməkdə olan bir qapıçıdı. Azərbaycan üçün dəyərli bir futbolçudu. Biz ona hər zaman şans verəcəyik. Amma onunla rəqabət üçün təcrübəli, yükü daşıya biləcək bir qolkiper də gətirəcəyik".

“Bizi qınamağa haqları var”

“Son iki həftədə 5 xal itirmişik. Bir komandanın başına ancaq bu qədər şanssızlıq gələ bilər. Sözsüz, nəticədə biz məğlub olmuşuq. Buna görə azarkeşlərin bizi qınamağa haqları var. “Xəzər Lənkəran” kimi komandanın iki oyunda 5 xal itirməyə haqqı yoxdu”.

“Çempionatdakı hər bir komandanı üstələyə bilərik”

“Komandamız Azərbaycan çempionatında istənilən rəqibə qarşı mübarizə apara və qalib gələ bilər. Kimdənsə zəif oynadığımızı demək haqsızlıq olar. Biz istənilən rəqiblə - “Neftçi”, “Qarabağ” və “İnter” kimi komandalarla da başabaş mübarizə aparmağa hazırıq”.

“Tounkara komandamıza geri dönəcək”

“Yay transfer vaxtının bitməsinə qədər bir qapıçı gətirəcəyik. Bundan əlavə Sadio Tounkara da geri dönəcək. Onlar gələcək və biz transfer işlərimizi yekunlaşdıracağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.