18 avqust 2014 14:55
Millimizin forvardı 19 dəqiqə oynadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarov Almaniyanın ikinci Bundesliqasında növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, "Karlsrue"də çıxış edən futbolçumuz "Noybrandenburq"a qarşı oyunun iştirakçısı olub.
Komandası səfərdə keçirilən bu oyundan 3:1 hesabıyla qalib ayrılıb. Nazarov isə son 19 dəqiqədə meydanda olub.
İki turdan sonra "Karlsrue" 4 xalla 8-ci yerdə gedir.
