18 avqust 2014 14:35
Bakı futbolçulara borcunu qaytarmağa başladı
"Bakı"nın futbolçularına olan borclar qaytarılmağa başlayıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 2-ci turunun "Neftçi" ilə oyunundan sonra klub rəhbərliyi oyunçulara maaşlarını verməyə başlayıb.
Onlar oyundan dərhal sonra bazaya gedərək, pullarını alıblar. Amma rəhbərlik hələlik, onlara olan borcun 30 faizini ödəyib. Yaxın günlərdə qalan borcun da qaytarılması gözlənilir.
