Qalatasaray Azərbaycan bankını məhkəməyə verir
Azərbaycanın "Amrahbank" şirkəti Türkiyənin "Galatasaray" klubunun fankartı olan "GS Card"ı müştərilərinə təqdim edib. Azerisport.az xəbər verir ki, bu işin ən qəribə olanı Türkiyə klubunun bu məsələdən xəbərsiz olmasıdı.
"Qalatasaray" camiəsi isə Azərbaycandan gələn bu xəbərlərdən tamamilə şoka düşüblər. Qeyd edək ki, öncə "Qalatasaray"ın "Amrahbank"la titul sponsorluğu ilə bağlı 10 milyon avroluq razılığa gəldiyi xəbərləri yayılmışdı. Amma bank rəsmisi Kamal Eminov bu xəbərləri dərhal təkzib edib. Əvəzində o, Türkiyə klubunu təəccübləndirən başqa bir açıqlama verib. Belə ki, Eminov "Qalatasaray"la danışıqlar aparmamalarına rəğmən, bu klubun tərəfdarları üçün "GS Card" çıxartdıqlarını bəyan edib.
Artıq Türkiyə klubunun rəhbərliyi bu məsələ ilə əlaqədar hüquqşünaslarına tapşırıq verib. Əgər Azərbaycan bankı qarşı tərəfin tələblərini yerinə yetirməsə, "Amrahbank" məhkəməyə veriləcək.
