17 avqust 2014 00:40
Qarabağın rəqibi yenə də xal itirdi
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Hollandiyanın "Tvente” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda 2-ci tur çərçivəsində doğma meydanda " Den Haaq” ilə qarşılaşıb.
Qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Hesabı 45-ci dəqiqədə Kamohelo Mokotyonun qolu ilə meydan sahibləri açıblar. 54-cü dəqiqədə qonaqlar penalti qolu ilə hesabı bərabərləşdirib, 77-ci dəqiqədə isə önə keçiblər. Amma 86-cı dəqiqədə Kuesi "Tvente"ni məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra "Qarabağ"ın rəqibi 2 xalla 9-cu yerdədi.
Qeyd edək ki, "Qarabağ"la "Tvente" arasındakı ilk oyun avqustun 21-də Bakıda keçiriləcək.
