Neftçinin rəqibi 4 qolla qalib gəldi
Azərbaycan Kubokunun qalibi "Neftçi”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Serbiyanın "Partizan” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda 2-ci tur çərçivəsində səfərdə "Radniçki” ilə qarşılaşıb.
Oyun "Partizan"ın 4:1 hesablı qələbəsiylə başa çatıb. Qonaqlar elə 1-ci dəqiqədə Petar Qrbiçin qolu ilə hesabı açıblar. 27-ci dəqiqədə Danko Lazoviç ikinci qolu rəqib qapısından keçirib. 64-cü dəqiqədə meydan sahibləri hesab arasındakı fərqi azaltsa da, bundan cəmi 5 dəqiqə sonra rəqib futbolçu avtoqola imza atıb. Oyunda sonra nöqtəni isə 75-ci dəqiqədə Petar Skuletiç qoyub.
Bu nəticədən sonra "Partizan" 6 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Neftçi" ilə "Partizan" arasındakı ilk oyun avqustun 21-də Belqradda baş tutacaq.
