17 avqust 2014 23:00
Taşkın İlter: Özümü milli komandada göstərməyə çalışacam
Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubunun yarımmüdafiəçisi Taşkın İlter Azərbaycan yığmasına dəvət almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya bundan əvvəl də çağırılmışdım. Yenidən dəvət almağım xoş oldu. Ümidvaram ki, milliyə daim çağırılanlardan olacam. Əgər oynamaq şansı qazansam, özümü göstərməyə çalışacam".
