17 avqust 2014 22:55

Cavadov: Özbəkistan və Rusiyaya uduzsaq da, Bolqarıstana qalib gəlməliyik

Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- Özbəkistanla oyuna hazırlığa start vermisiz. Nə deyə bilərsiz?
- Yığmaya dəvət almaq həmişə xoşdu. Uşaqları çoxdan idi görmürdüm. Bizim əsas hədəfimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəyimiz ilk oyuna tam hazır olmaqdı.

- Özbəkistandan əlavə, yığmamız sentyabrın 3-də də Rusiya ilə yoxlama oyunu keçirəcək...
- Bolqarıstanla oyun daha vacibdi. Baxmayaraq ki, yığmamızın hər bir oyunu bizim üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ölkəmizi təmsil edirik. Özbəkistanla Rusiyaya uduzsaq da belə, Bolqarıstana qalib gəlməliyik. Əminəm ki, seçmə mərhələnin ilk oyununda qazanacağımız qələbə bütün ölkə əhalisini sevindirəcək.

- Amma sizin üçün Rusiya ilə oyun da vacib olmalıdı...
- Maraqlı oyun olacaq. Belə bir komanda bizimlə oynamaq istəyir, yığmamızı öz meydanında qəbul edir. Biz də çalışmalıyıq ki, onlara qarşı layiqli müqavimət göstərək.

- Türkiyəyə gedişinizdən sonra nəsə dəyişib?
- Xüsusi dəyişiklik yoxdu. Yenə də iddialıyam. Qələbələr qazanmaq, daha da artırmaq istəyirəm. Mən elə 2-3 il əvvəlki oyunçuyam.

- Türkiyədəki məşqlər xoşunuza gəlir?
- Hər bir klubun öz məşq metodları olur. Mənim üçün problem olmur. Türkiyə PTT 1-ci liqası bizim Premyer Liqamızdan geri qalmır. Düzdü, orada peşəkarlıq daha çoxdu. Amma Azərbaycan klubları da yerində saymır.

- Yoxlama oyunlarında artıq bir neçə qol vurmusuz...
- İlk oyunumda qol vura bildim. Geridə qalan beş yoxlama oyunumuzun hamısında iştirak etmişəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.