17 avqust 2014 22:40
Mahir Şükürov: Türkiyəyə ehtiyatda qalmağa getməmişəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Türkiyəyə legioner həyatı yaşamaq üçün getmişəm. Orada oynamışdım. Yenidən bu ölkə klubuna keçmək xoşdu. Şübhəsiz ki, əsas heyətin üzvü olacam. Oraya ehtiyatda qalmaq üçün getməmişəm".
