17 avqust 2014 22:35
Vaqif Cavadov: Yoxlama oyunlarında da nəticə qazanmaq istəyirik
Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadov Azərbaycan yığmasının növbəti toplanışı barədə fikirlərini açıqlayıb. Özbəkistanla yoxlama oyununa hazırlaşan millimizin forvardı azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Yığmada olmaq həmişə xoşdu. Xüsusilə də legioner olandan sonra. Bizi çətin dövr gözləyir. Bütün bu hazırlıqlar AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəyimiz ilk oyuna tam hazır olmaq üçündü. Çalışacağıq ki, yoxlama oyunlarında da yaxşı nəticələr qazanaq".
