17 avqust 2014 22:10
Millimiz Türkiyəyə qalib gəlib, üçüncü oldu
İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası üçüncü olub. Azerisport.az xəbər verir ki, yığmamız bu gün üçüncü yer uğrunda oyunda Türkiyə ilə qarşılaşıb.
Millimiz 5:3 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsində Çexiya (6:2), Bolqarıstan (7:2) və Polşa (1:6) ilə qarşılaşmışdı.
