Tərlan Əhmədov: Bizə müəyyən vaxt lazımdı
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk turdan fərqli olaraq, bugünkü oyunda mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Lakin görünür ki, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi. İlk 35 dəqiqədə komanda, sanki, özündə deyildi, son 10 dəqiqəsində isə komanda özünə gəldi. Hər halda, “Simurq”u layiqli qələbə münasibəti ilə təbrik edirəm. İkinci hissədə Kordobanın qol imkanı oldu, lakin epizoddan istifadə edə bilmədi. Mövsüm uzundu, qarşıdakı oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək bizə müəyyən vaxt lazımdı".
