17 avqust 2014 16:00
Eratın komandası xal itirdi
Almaniyada Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı doğma meydanda "Videnbryuk"la qarşılaşıb.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Erat 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Eratın komandası hazırda 3 xalla üçüncü yerdə gedir.
