17 avqust 2014 15:45
Qarabağ qara bazara görə polisə müraciət etdi
Avqustun 21-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya təmsilçisi "Tvente"ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, oyuna marağın böyük olduğunu nəzərə alaraq, dünəndən bilet satışı başlanıb və artıq 5000-dən çox bilet satılıb.
Bilet satışı zamanı bir sıra problemlərin yarandığını nəzərə alaraq, "Qarabağ" rəhbərliyi kassa önündəki "qara bazar"ı yığışdırmaq üçün Bakı şəhər Nərimanov rayon polis idarəsinə müraciət edib. Kassadan rahat bilet almağınız üçünsə kassa ətrafına şəxsi mühafizəçilər yerləşdirilib. (klub saytı)
