17 avqust 2014 15:00

Şehiç: Qrup mərhələsinə Tvente yox, Qarabağ adlayacaq

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyununuz qolsuz başa çatdı. Oyun haqda nə deyə bilərsiz?
- Çox çətin oyun oldu. Meydana qələbə üçün çıxmışdıq. Amma hava buna imkan vermədi. İstədiyimiz oyunu göstərə bilmədik.

- Yeganə səbəb isti havaydı?
- Hər halda bu qədər isti olmasaydı, biz istədiyimiz oyunu göstərə biləcəkdik. Hansı şəraitdə oynadığımızı nəzərə alsaq, qazanılan bir xalı da normal nəticə sayıram. Həm də "İnter" çox yaxşı rəqibdi.

- Axı hakim sizə fasilə imkanı yaradırdı...
- Elə də olmalıydı. Hakim özü də meydanda qaçanlardan biri idi və oyunçuları ən yaxşı o başa düşürdü. Belə istidə oynamaq çox çətindi. Düzdü, mən yerimdə dayanmışdım, amma komanda yoldaşlarıma daha çox çətin idi. Yaxşı ki, hələ uduzmadıq.

- "Qarabağ"ın Premyer Liqadaya startını normal saymaq olmaz...
- Razıyam. Amma bunu problemə çevirməməliyik. Qarşıda hələ çox oyunumuz olacaq. İndidən nəsə demək düzgün deyil. Hər şey yaxşı olacaq. "Qarabağ" güclü komandadı.

- "Tvente" ilə oyuna artıq az vaxt qalıb...
- Rəqibin kimliyini nəzərə alsaq, ikiqat çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Allah eləsin ki, qrup mərhələsinə "Tvente" yox, biz adlayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.