17 avqust 2014 13:40
Dadaşovun komandası yenə də qələbə qazana bilmədi
Almaniyanın cənub-qərbi regional liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Futbolçumuzun komandası səfərdə "TuS Koblents"lə qarşılaşıb. Oyun heç-heçə başa çatıb - 1:1.
Dadaşov 90 dəqiqə meydanda olub. Hazırda Rüfətin komandası 4 xalla 13-cü yerdə gedir.
