17 avqust 2014 21:55

Simurqla Qəbələdən ilk 3 xal

Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.

Öncə "Simurq"la AZAL üz-üzə gəlib. Zaqatala təmsilçisi vurduğu iki erkən qol sayəsində mövsümdəki ilk oyunundan 3 xalla ayrılıb.

Turun qapanış matçında isə "Qəbələ” doğma divarlar arasında “Araz Naxçıvan”la qarşılaşıb. Muntyanunun komandası da ilk yarıda vurulan yeganə qol sayəsində ilk qələbəsini qazanıb.

Topaz Premyer Liqası
2-ci tur

17 avqust (bazar)

Simurq - AZAL - 2:0 (2:0)
Qollar: R.Eyyubov, 5 (1:0), T.Nərimanov, 16-öz qapısına (2:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
Zaqatala şəhər stadionu.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 88. Marko Stanoyeviç.
Baş məşqçi: George Çixradze.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov, 11. Con Kordoba, 12. Luis Ramos, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 49. Taleh Əsədov, 3. Xuan Fransisko, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.

Qəbələ - Araz Naxçıvan - 1:0 (1:0)
Qol: C.Hüseynov, 16-pen (1:0).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli.
Qəbələ şəhər stadionu.

Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal, 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde Pinto, 25. Adrian Ropotan, 26. Pavol Farkas, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 6. Vladimir Levin, 9. Viktor Mendi, 11. Andrey Kristya, 16. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov, 8. Elmin Çobanov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 24. Azər Məmmədov, 25. Aleksandr Krustkeviç.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 3. Əlimirzə Daşzərini, 9. Qərib İbrahimov, 10. Eşqin Quliyev, 11. Vüqar Əsgərov, 14. Elhad Nəziri.
Baş məşqçi: Əsgər Abdullayev.

Turun digər oyunları: Qarabağ - İnter - 0:0, Neftçi - Bakı - 1:0, Xəzər Lənkəran - Sumqayıt - 0:1.

Bombardir:
2
- D.Janelidze (Araz Naxçıvan).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.