16 avqust 2014 22:20
Oğuz Çətin: İki həftə içində vacib 5 xal itirdik
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz vardı. Qələbə qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək lazımdı. Biz necə bir komanda olduğumuzu göstərməliyik”.
