16 avqust 2014 22:10
Aqil Məmmədov: Bu gün bizim günümüz idi
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Düzdü, rəqib komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar. Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək oyunlarda bizə köməyi dəyəcək”.
